Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Elton Hüseynəliyev şəhidlərimizin ruhunu uca tutdu - ÖZƏL

Simsar.Az xəbər verir ki, tanınmış estrada müğənnisi Elton Hüseynəliyev son günlər cəbhə bölgəsində atəşkəsin pozulmasına biganə qalmır.

Müğənni əməkdaşımızla söhbətində həmkarlarına nümunə olacaq açıqlama ilə çıxış etdi :

"Bir neçə gün bundan əvvəl elə ilk Simsar.Az-da məlumat yayımlanmışdı ki, mən 6 avqustda işinin professionalı olan prodüserim Tolikin təşkilatçılığı ilə 31 yaşımı təmtəraqlı şəkildə qeyd edəcəm. Hətta şəhərimizin restoranlarının birini məkan olaraq danışmışdıq, qonaqların əksəriyyəti də dəvət olunmuşdu.

Son günlər cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhidlər verməyimiz bizi bu fikrimizdən daşındırdı.

Tolik mənə dəstək olub, istəyimə hörmətlə yanaşdı. Ürəklərimiz dərd yaşadığı bir məqamda mən necə özəl günümdə şadyanalıq edə bilərdim?

Əslən Qubadlı rayonundanam və məcburi köçkün həyatının nə olduğunu çox yaxşı bilirəm. Ailə üzvlərim, qohumlarımız, ümimiyyətlə Qarabağ bölgəsindən məcburi köçkün kimi ayrılan insanlar bu dərdi yaşayanlardır.

Hamı kimi mən də ümidliyəm ki, ölkə başçımız, Ali Baş Komandan bu münaqişəni sülh yolla həll edəcək.

Vətənimə müharibə arzulamıram.  Amma lazım gələrsə bir əsgər kimi silaha da sarılmağa hazıram.

Rəbbimiz şəhid vermiş analarımıza səbr versin.  Şəxsən mən özümü o, anaların oğlu hesab edirəm. Allah-Təala qismət etsin, gələn il işğaldan azad olacaq Qubadlıda ad günümü keçirim.

Yaşasın Azərbaycanımızın igid və məğrur əsgərləri".

 

Şahin Cavadsoy

Simsar.Az






5 Avqust, 2014  08:17 Baxılıb: 5074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner