Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Firefox 4” brauzerinin smartfon versiyası buraxılıb

“Mozilla Foundation” təşkilatı “Firefox 4” brauzerinin smartfon versiyasını təqdim edib

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumilikdə, mobil “Firefox”un iki versiyası buraxılıb. Birinci versiya “Google Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular, ikinci versiya isə “Nokia Maemo” platforması bazasında mobil qurğular üçün nəzərdə tutulub. Yeni mobil brauzeri “Android Market” onlayn mağazasından və ya “Mozilla” saytından (Maemo versiyası üçün) yükləmək olar. 


“Mozilla” nümayəndələrinin sözlərinə görə, “Firefox Android” platformasının təchiz olunduğu standart brauzerdən daha sürətlidir. “Mobil Firefox”un əsas üstünlüklərindən biri brauzer parametrlərinin 4-cü kompüter versiyası ilə sinxronlaşdırılması imkanıdır. Belə vəziyyətdə istifadəçilər brauzerdə parol və səhifələri saxlamaq, eləcə də daxil olunan saytların və açılmış pəncərələrin ümumi tarixindən istifadə etmək imkanı əldə edəcəklər. Bunun üçün “Sync” funksiyasını tətbiq etmək lazımdır.


Mobil “Firefox”u yalnız “Android 2.0” və daha müasir platforma bazasında işləyən qurğularda istifadə etmək olar.






31 Mart, 2011  22:25 Baxılıb: 1491 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner