Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Erməni mediası Nalbandyanı agent adlandırdı

Ermənistan mediası "XİN-nin verilməsi” başlıqlı analitik yazı ilə çıxış edərək, ölkənin Xarici İşlər naziri Eduard Nalbandyanı tənqid atəşinə tutub. Simsar.az xəbər verir ki, təhlil materialında Azərbaycanın xarici syasəti təqdir olunur. Vurğulanır ki, təmas xəttində baş verən son hadisələrlə əlaqədar Azərbaycan daha çevik tərpənir, nəyinki rəsmi İrəvan. Yazıda qeyd olunur ki, rəsmi Bakı artıq beynəlxalq qurumlara müraciət edərək, Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına çalışır. Əvəzində isə Xarici İşlər naziri Nalbandyan susur və əsas işi üçüncü ölkələrə agentlik etməkdir: "Əslində, belə bəyantla Ermənistan XİN-i çıxış etməliydi. Nədənsə Nalbandyan susur. Bu o vaxt baş verir ki, gənc əsgərlərimiz həyatı bahasına vuruşur. Ümumiyyətlə, Ermənistanın Avrasiya Birliyinə üzvlüyü gündəmə gələndən ölkəmiz problemlərlə üzləşib. Milli maraqlarımıza Moskva, Astana və Bakı tərəfindən zərbələr dəyir. Qənaətimizcə, Xarici İşlər Nazirliyi bir diplomatik idarə deyil, üçüncü ölkələrin geniş agentura şəbəkəsidir. Nalbandyanın özü isə agentdir. Biz bunlardan çox narahatıq. Deməli, sözügedən nazirlik əməli işlərlə, üzərlərinə düşən vəzifələrin yerinə yetiriməsi ilə deyil, formal fəaliyyət göstərir. Yeganə çıxış yolu iqtidarın devrilməsi, çevik çalışan dövlət qurumlarının yaradılmasıdır. Zəif fəaliyyət Qarabağ məsələsinin həllini üçüncü ölkələrin əlinə verdi. Bir sözlə, asanlıqla Xarici İşlər Nazirliyimizi itirilmiş saya blərik”.

Xatırladaq ki, yazı Ermənistan daxilində ciddi əks-sədaya səbəb olub.






4 Avqust, 2014  18:28 Baxılıb: 731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner