Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Putin prezidentlərlə təkbətək görüşəcək – LAVROV

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son gərginliklə bağlı açıqlama verib.

Simsar.az ИТАР-ТАСС-a istinadla xəbər verir ki, Lavrov hər iki ölkənin münaqişənin nizama salınması prinsiplərinə uyğun sənəd imzalamaları üçün ATƏT-in Minsk qrupunun az səy göstərmədiyini vurğulayıb: “Təbii ki, təmas xəttində baş verənlər bizi narahat edir. Tərəflər bir-birilərini təxribatçı hərəkətlərdə ittiham edir. Bunlar əvvəllər də baş verib və təəssüf ki, artıq uzun illərdir bu tipli qığılcımlar müşahidə edirik. Lakin bu dəfə nədənsə kəskin bir şəkildə qəbul və təqdim edildi. Az insan tələfatı olmadı və biz digər ölkələrlə, o cümlədən ATƏT Minsk qrupu üzvləri –Rusiya, ABŞ və Fransa ilə birgə tərəfləri qəti şəkildə maksimum təmkinlilik göstərməyə, növbəti zorakılığa səbəb ola biləcək hər hansı hərəkətdən daşınmağa çağırdıq.

Lavrov həmçinin bildirib ki, bu həftə Soçidə Rusiya prezidenti ilə Ermənistan dövlət başçısı, daha sonra Azərbaycan prezidentinin görüşü nəzərdə tutulub. Görüş zamanı Qarabağ məsələsinin də gündəmdə olacağını bildirib: “Lakin bu necə təşkil ediləcək, onların özlərindən asılıdır. Münaqişə hər iki tərəfdən həddindən artıq emosional qəbul edilir”.

Hüseyn İbadlı







4 Avqust, 2014  16:54 Baxılıb: 753 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner