Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rezidenturaya qəbulun nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 4-də saat 16:00-dan etibarən 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

Simsar.az-ın TQDK-a istinadla verdiyi məlumata görə, nəticələri TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 814 namizəddən 577 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanmışdır. Onlardan 160 nəfərini oğlanlar, 417 nəfərini qızlar təşkil edir.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 11-dən 15-dək olan müddətdə müvafiq quruma:

- Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbayca Respublikası Müdafiə Nazirliyinə;

- Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;

- Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçmə¬məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.







4 Avqust, 2014  16:03 Baxılıb: 609 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner