Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Rusiya Ermənistana təzyiq göstərməsə müharibə olacaq” – POLİTOLOQ

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi final mərhələyə yaxınlaşır”.

Bunu Simsar.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Azərbaycan-Ermənitan prezidentlərinin Soçi görüşü şərh edərkən deyib.

Politoloq bildirib ki, əgər Rusiya bu dövrdə belə bir təşəbbüs irəli sürübsə, deməli nəsə edəcək: “Bundan əvvəl Fransa prezidenti Fransua Ollandın təşəbbüsü var idi. ABŞ Ollandın təşəbbüsünü iflasa uğratdı. Çünki Fransa son vaxtlar bir az Azərbaycana yaxınlaşır. Bu da ABŞ-ın xoşuna gəlmir. Hal-hazırda ABŞ ermənipərəst kurs götürüb. Ona görə də, Fransanın Azərbaycana silah satması, Ollandın Ermənistanın Dağlıq Qarabağ münasiqəsinin həlli ilə bağlı irəli sürdüyü fikirləri inkar etməsi ermənilərin xoşuna gəlmədi. Məhz buna görə ABŞ bunu dandı, təşəbbüsü ələ aldı və sentyabra prezidentlərin görüşünü təyin etdi. Bu arada da atəşkəs rejimi pozuldu. İndi isə hərbi instidentlərin baş verməsindən və qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən narahat olan Rusiya bu görüşün keçirilməsini təklif etdi”.

Politoloq deyib ki,  3-4 gün əvvəl mövcud olan vəziyyətin təkrarlanacağını gözləmir.  Amma vəziyyətin sabit olacağını da düşünmür: “Əvvəlki sabit dövrə nisbətən, intensiv hərbi əməliyyatlar olacaq. Müharibə ehtimalı isə Soçi görüşündən asılıdır. Yəni Soçidə Rusiya ermənilərə təzyiq göstərməsə müharibə qaçılmazdır”.

“Rusiya xarici işlər naziri sergey Lavrovun bölgəyə səfəri zamanı status-kvo-nun dəyişilməli oldunu deməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin praktiki mərhələsinin başlanmasını təklif etməsi Rusiya tərəfinin bu cür təklif irəli sürəcəyindən xəbər verirdi. Mən elə başa düşürəm ki, proseslər final mərhələyə çatıb” – M.Əhmədoğlu belə deyib.

Politoloq əlavə edib ki, hazırda Rusiya üçün vacib olan Ermənistanla olan münasibətlərdir: “Ermənistanın ABŞ-la münasibətləri o səviyyəyə çatıb ki, səfir Con Xefferin Ermənistan hökumətinə Rusiya ilə əlaqələri kəsin,  ABŞ-ın sanksiyalarına qoşulun deyib. Sanki C.Xefferin özünü Ermənistanın ağası hesab edir. Belə görünür ki, Ermənistan hər zaman ABŞ tərəfə qaçmağa hazırdır. Rusiya isə başa düşür ki, bir az geciksə Ermənistanla Azərbaycanı itirəcək. Rusiya üçün daha önəmli olan Azərbaycanla dostluq əlaqələrini qoruyub saxlamaqdır. Məhz buna görə də Rusiyanın Azərbaycanın qarşısına şərt qoymağa vaxtı yoxdur. Reallıq odur ki, Rusiya ABŞ məsəlinə görə Ermənistanı cəzalandırmaq üçün Dağlıq Qarabağ məsələsində aktivləşib”.

 

Hüseyn İbadlı

Siyasət Şöbəsi

 






4 Avqust, 2014  15:34 Baxılıb: 2171 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner