Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İnistutların lisenziyalaşdırılması araşdırılacaq

Qeyri-dövlət pensiya institutlarının lisenziyalaşdırılması məsələləri araşdırılacaq. Qeyri-dövlət pensiya institutlarının fəaliyyəti ilə bağlı nəzərdən keçirilən dövlət tənzimlənməsinin bir forması kimi bu fəaliyyətin lisenziyalaşdırılması, habelə həmin institutların yaradılması və təşkili üzrə tələblərin müəyyən edilməsidir.

Simsar.az xəbər verir ki, bunu Avropa İttifaqının ekspertlərinin ölkəmizə səfəri barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Fond sədri qeyd edib ki, ekspertlərin fondların lisenziyalaşdırılması, onların yaradılması və təşkili üçün tələblər və digər bu kimi məsələlərlə bağlı araşdırmalarının nəticələri, DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində hazırlanması nəzərdə tutulan qeyri-dövlət pensiya fondlarına dair qanunvericilikdə öz əksini tapacaqdır.

E.Mehdiyev həmçinin bildirib ki, qeyd edilən birgə layihə çərçivəsində hazırda ölkəmizdə səfərdə olan Avropa İttifaqının ekspertləri tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla çoxsaylı görüş keçirilməsi, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması nəzərdə tutulur.

Vüsal Qarayev







4 Avqust, 2014  15:12 Baxılıb: 773 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner