Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Peşmərgə Kərkükdən sonra Mosula yönəldi

İraqda İŞİD-in irəliləməsinin ardından Kərkükü ələ küçirən Peşmərgə, digər bir neft şəhəri Mosula yönəlib. İŞİD isə dünənki döyüşlərdən sonra, bayrağını Şenqal şəhərinə sancıb.

İraqda Kərkükü əlində saxlayan Peşmərgə gücləri Mosula əməliyyata hazırlaşır. Peşmərgə gücləri Spilka Qüvvətləri Komandiri Əbdürrəhman Kaşrini dünən verdiyi açıqlamasında, “Mosulu kontrol altına almayanadək durmayacağıq”, deyib.

Lakin, İraqın cənubunda davam edən döyüşlər srasında Telefandan qaçan yüzlərlə Türkmən ailəsinin sığındığı Sincar şəhəri, dünən İŞİD-in kontroluna keçib. Rojava olaraq adlandırılan Suriyanın cənubundakı PYD-yə bağlı YPG gücləri də Peşmərgəyə kömək etmək üçün, İraqa keçib.

Kaşrini, KDP-nin rəsmi internet səhifəsində yayımlanan açıqlamasında, Peşmərgə güclərinin ağır silahlı donanma ilə təmin edildiyini deyib: “Lazım olan silahlar aldıq. Mosula geniş əməliyyat hazırlıqlarındayıq. İŞİD terroristlərini Mosuldan çıxartmyana qədər durmayacağıq”.

Yezidi Kürdlər qaçır

Dünən Peşmərgə güclərinin bəzi bölgələrdə geri çəkilməsinin ardından, İŞİD gücləri Şenqala girib. İŞİD-in şəhərə girməsiylə bura sığınan yüzlərlə Türkmən ailəsi və Yezidi Kürdlər Şenqal dağına qaçmağa başlayıblar.

Şenqal, Zummar və KESK ərazilərinə bağlı bir çox kənd də İŞİD-in əlinə keçib. Zummar qəsəbəsinin də dünən səhər saatlarından etibarən İŞİD güclərinin kontroluna keçdiyi bildirilir.

Şenqala bayrağını asan İŞİD ərazidə hakimiyyətini elan edib. Yezidi Kürdlər və Türkmənlər qaçarkən, sünni ərəblər və kürdlər evlərində qalıblar.

Bərzani şəxsən rəhbərlik edir

Digər yandan Nerina Azad adlı kürd internet səhifəsi, Kürdüstan birliklərinin İŞİD-ə qarşı geniş hücuma keçdiyini bildirib.

Xəbərdə deyilir: “Bir baş İraq Kürdüstan Regional Rəhbəri Məsut Bərzaninin komandirlik etdiyi kürdüstanlı güclər dörd bir tərəfdən ağır silahlarla Şenqal ətrafında toplaşmış İŞİD terroristlərinə qarşı hücuma keçib”.

Vüsal Qarayev

 

 

 






4 Avqust, 2014  12:21 Baxılıb: 875 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner