Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-dan İrana jest

ABŞ İrana qarşı bir sıra sanksiyaların fəaliyyətini dayandırıb.

Simsar.az-ın məlumatına görə, ABŞ bu addımı Tehranın nüvə proqramı üzrə "altılıq" (BMT TŞ-nin daimi üzvləri və Almaniya) ilə danışıqlarda konstruktiv davrandığı üçün atdığını bildirib.

Müvafiq sənədlər ABŞ-ın federal registrində dərc olunub.

İranın neft-kimya məhsullarının alınmasına, xüsusilə İran Milli Neft Şirkəti və İran Milli Tanker Şirkətindən müvəqqəti qadağa götürülüb. Qadağa əvvəlki kimi yalnız ABŞ maliyyə nazirliyinin xüsusi siyahısına daxil edilən ayrı-ayrı şirkətlərə aiddir.

Bundan başqa, amerikalılara İrana ölkənin mülki aviasiya təyyarələrinin təhlükəsiz uçuşlarının təmin olunması və təmiri üçün ehtiyat hissələrinin satışına yenidən icazə verilib, xüsusən Iran Аir ilə sövdələşmək.

Bu zaman sənədlərdə qeyd olunur ki, qəbul edilmiş qərarlar yalnız 2014-cü ilin yanvarın 20-dən noyabrın 24-dək olan dövrə aiddir.

"ABŞ-ın hakimiyyət orqanları və profil müəssisələri öz səlahiyyətləri daxilində həmin bildirişin həyata keçirilməsi üçün bütün müvafiq tədbirləri görməlidirlər", - mətndə deyilir.






2 Avqust, 2014  23:39 Baxılıb: 758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner