Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Cəbhədəki gərginliyin əsas SƏBƏBİ

Ermənistanda elektrik enerjisi qiymətlərinin avqustun 1-dən 15% qaldırılması ölkədə əsl xaos yaradıb. Sosial xidmətlərin tənzimlənməsi üzrə komissiyasının açıqlamasına görə, elektrik enerjisinin bahalaşması daxildəki enerji şirkətlərinin maliyyə çətinlikləri ilə əlaqədardır. Komissiyanın məlumatına görə, enerji sistemində 20 milyard dram, yaxud 48 milyon dollar həcmində maliyyə çatışmazlığı yaranıb.

Ötən il ərzində elektrik enerjisinin qiymətləri  ayrı-ayrı vaxtlarda artırılıb. Əhalinin müxtəlif etiraz aksiyaları heç bir nəticə verməyib.

Məsələ burasındadır ki, elektrik enerjisinin bahalaşması ərzaq məhsullarının da qiymətlərinin artmasına gətirib çıxarıb. Nəticədə, adamların sosial-maddi durumu bir qədər də pisləşir. Budəfəki qiymət artımının da bir sıra məhsulların, o cümlədən, çörəyin bahalaşmasına səbəb olacağı bəllidir.

İllərdir ki, Ermənistanda qazın və elektrik enerjisinin qiymətlərinin artımı davam edir. Bu isə ölkənin kifayət qədər zəif və kövrək iqtisadiyyatını sarsıdaraq, demək olar ki, bütün digər məhsulların bahalaşmasına səbəb olur. Nəticədə, əhalisinin böyük bir hissəsinin yoxsul olduğu Ermənistanda sosial vəziyyət son dözüm həddinə çatıb.

Bahalaşma ilə yanaşı, işsizliyin artması problemi də kəskin şəkil alır. Milli statistika xidmətinin məlumatına görə, bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə işsizliyin səviyyəsi 0,9% artaraq 17,8%-ə çatıb. Şəhərlərdə isə işsizliyin səviyyəsi 25,4% təşkil edir.

Artıq aydın sezilir ki, ölkəni düzgün idarə edə bilməyən, insanlara sabit güzaran yaratmağı bacarmayan Serj Sarkisyanın başçılıq etdiyi hərbi xunta bütün sosial ağırlığı əhalinin üzərinə yıxmaqla indiki çətin iqtisadi durumda müharibə təhrikləri ilə ermənistanlıların haqlı narazılıqlarını boğur. İstər Qarabağ bölgəsində, istərsə də iki dövlətin sərhəddində yaranmış gərginliyin bir səbəbi də budur.

Bakupost.az






2 Avqust, 2014  15:29 Baxılıb: 1287 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner