Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Saakaşvilidən “Çixura” təxribatına sərt münasibət

Gürcüstan Rusiyanın Azərbaycan əleyhinə poliqonuna çevrilib”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Bakıda “Neftçi”-“Çixura” matçındakı baş vermiş təxribata sərt münasibət bildirib. Musavat.com-un gürcü KİV-ə istinadən verdiyi xəbərə görə, bəyanatda o, belə situasiyaların ölkəni ağır vəziyyətə qoyduğunu və dövlətin əvvəlki səhvlərin təkrarlanmasına imkan verməməli olduğunu söyləyib.

“Təxribatın Bakıda törədilməsinin özü hiddət doğurur. Lakin ayrıca götürülmüş bu insidentdən daha çox, bizim strateji müttəfiqimiz Azərbaycanla olan ümumi kontekst narahatlıq doğurur. Azərbaycanın köməkliyi ilə biz bütün bu dövrdə xilas olmuşuq. Azərbaycan bizə bir neçə dəfə elə köməkliklər edib ki, mən hələlik bu haqda danışa bilmərəm. Gürcüstanın Azərbaycan əleyhinə Rusiya poliqonuna çevrilməsi, Türkiyə və Azərbaycan prezidentlərinin Tiflisə gələrək Gürcüstan prezidenti ilə keçirdikləri görüşə bircə gürcü nazirin belə qatılmaması – bunlar axı, bütün dillərdə həqarət deməkdir! Eləcə də Bakı beynəlxalq aeroportunda Gürcüstan xüsusi xidmət orqanlarının törətdiyi təxribat”, - deyə Saakaşvili rəsmi Tiflisin Azərbaycana münasibətini kəskin formada etiraz edib.

Eks-prezidentin sözlərinə görə, Rusiya Gürcüstanın Ukraynadan məsafə saxlamasına nail ola bilib: “Son aylarda isə bizim Azərbaycanla görünməmiş problemlərimiz yaranıb. Həmçinin, Türkiyə ilə ciddi problemlər özünü göstərməkdədir. İndi Gürcüstan kimə ümid edə bilər? Bu oyunlar kimlərin maraqlarına daxildir? 1921-ci ildə Gürcüstan tamamilə tək qalmışdı. Mən arzulamıram və heç kim də buna imkan verməz ki, XXI əsrdə də bu axmaqlıları təkrarlayaq”, - deyə Saakaşvili hazırkı Gürcüstan rəhbərliyni xəbərdar edib.






2 Avqust, 2014  15:24 Baxılıb: 757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner