Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fazil Mustafa nazir Zakir Həsənovu QINADI

“Ordu qapalı müəssisədir, salam veririk, salamı almırlar”

Ordu quruculuğu ilə bağlı yeni Müdafiə Naziri təyin olunan vaxtda bir sıra təkliflər vermişdim. Bu gün baş verən hadisələr on il öncə komandir kimi xidmət etdiyim ərazidə olduğundan problemlər barədə əsasən təsəvvürüm var. Bu təkliflərdən biri də bu idi ki, yeni rəhbərlik heç olmazsa iki ayda bir Milli Məclisin Təhlükəsizlik, Dövlət Quruculuğu və İnsan Hüquqları Komitələrinin birləşmiş tərkibi ilə görüşüb fikir mübadiləsi aparsın, aldığımız bilgiləri ordu rəhbərliyi ilə bölüşə bilək və ən azı qanunvericilikdə olan natamamlıqların da aradan qaldırılmasında köməklik edək. Orduya parlament nəzarəti deyilən mexanizm Azərbaycandan başqa dünyanın hər yerində var. Hərbi ombudsman institutunun təsis olunması ordudakı qanunsuzluqların aradan qalxmasına kömək edə bilər və s. İndi oturub deputatları ittiham edəndə bu nüansları da diqqətdən qaçırmamaq lazım. Ordu qapalı müəssisədir, salam veririk, salamı almırlar. İndiyədək bir dəfə də olsun Müdafiə Naziri Milli Məclisi hansısa mövzu ilə bağlı qapalı formada belə məlumatlandırmayıb. Fərdi təşəbbüslə məsələləri həll etmək isə bu sahədə demək olar ki, mümkünsüzdür. No enter!







2 Avqust, 2014  12:16 Baxılıb: 1040 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner