Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Cəbhədə aranı qızışdıran Rusiyadır - DEPUTAT

“Cəbhə xəttindəki son hadisələr bizi narahat edir. Allah şəhidlərimizə rəhmət eləsin, ata-analarına, yaxınlarına səbr versin!”. Bunu Modern.az saytına açıqlamasında deputat Vahid Əhmədov cəbhədəki gərginliyi şərh edərkən deyib. O cəbhədəki təhlükəli durumun siyasi təxribat olduğunu istisna etməyib.

Deputatın sözlərinə görə insidentlərin baş verməsində Rusiyanın da əli var. “Düşünürəm ki, vəziyyətin gərginləşməsi siyasi bir məsələdir. Burada digər qonşu dövlətlərin də əli var. Rusiya Azərbaycanı Avrasiya İttifaqına sürükləmək üçün təzyiqlərə əl atır. Azərbaycan dövlət başçısının ordunun müasirləşdirilməsi, gücləndirilməsi üçün səylərini hamı bilir. Azərbaycanda güclü ordunun formalaşması üçün bütün işlər görülüb, bundan sonra da görüləcək”.

V. Əhmədov daha sonra əlavə edib: “Azərbaycan əsgərlərinə, zabitlərinə düşmən təxribatlarının qarşısını almaq üçün uğurlar arzu edirəm. Dünyada gedən proseslər bir daha onu göstərir ki, Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərməyə qadirdir. Ola bilər ki, Azərbaycanın müstəqil siyasəti bizim qonşularımızı narahat edir”,-deyə deputat vurğulayıb.

Qeyd edək ki, iki gündür erməni kəşfiyyat-təxribat qruplarının Azərbaycan sərhədinə keçmək cəhdlərinin qarşısını alarkən Silahlı Qüvvələrimiz 12 hərbçisini şəhid verib.






2 Avqust, 2014  12:05 Baxılıb: 879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner