Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Saakaşvili və 2 nazir barəsində həbs QƏRARI

Tbilisi şəhər məhkəməsi Gürcüstan Prokurorluğunun vəsatəti ilə sabiq ölkə başçısı Mixail Saakaşvili barəsində həbs qərarı çıxarıb.

Simsar.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan cinayət məcəlləsinin “vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə barəsində cinayət işi aparılan eks-prezident məhkəmənin qərarı ilə istintaqın davam etdiyi müddətdə nəzarət altında olmalıdır. Bundan başqa, Saakaşvili hakimiyyətinin dövründə ədliyyə naziri vəzifəsini tutmuş Zurab Adeişvili və Müdafiə naziri olmuş David Kezeraşvili barəsində də həbs-qətimkan tədbiri seçilib. İttiham olunanların vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər. Saakaşvili isə məhkəmə qərarını siyasi sifariş adlandırıb.

Qeyd edək ki, sabiq prezident Mixail Saakaşvili hazırda ABŞ-dadır. Zurab Adeişvili və David Kezeraşvili barəsində isə İnterpol xətti ilə axtarış elan olunub.






2 Avqust, 2014  10:16 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner