Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva: “4 balan millətə əmanət, rahat yat...”

4 balan millətə əmanət dəyərli şəhid qardaşımız! Rahat yat!

Bir az əvvəl Tovuz və Qazaxdan qayıtdıq. Tovuzda Şəhidimiz Vüqarın yasından sonra Qazaxda, Cəfərli kəndində şəhid qardaşımız Almazov İsə Ziyad oğlunun yas mərasimində iştirak edib, ailəsinə, yaxınlarına başsağlığı verdik. İsə qardaşımız qəhrəman oğullarımızdandır. 4 övlad atası olan dəyərli şəhidimizi hər kəs vətənini, millətini sevən, qeyrətli oğullardan biri və gözəl insan kimi anladırdı. Düşmənin təxribatlarına layiqli cavab verən və şəhid olan dəyərli bir qardaşımız, şəhidimizdir. Allah rəhmət etsin. Nur içində yatsın. Həyat yoldaşı bütün ağrı və acısına baxmayaraq şəhidlər ölmür, mənim həyat yoldaşım da hər zaman yaşayacaq və övladları hər zaman ataları ilə qürur duyacaq deyirdi. Möhkəm olacam, 4 övladımı atalarının adına layiq böyüdəcəm deyən bu dəyərli bacımızın qarşısında baş əyirik. Şəhidimizin gözəl övladları ilə də görüşdük. Gözlərində elə qəribə kədər vardı ki, hamısının... İnsanın ürəyi parçalanırdı. Allah sizi atasız qoyan Ermənistana lənət etsin, bəlalarını versin və inşallah layiq olduqları cəzaları alacaqlar dedik. Onlar indi millətə, dövlətə əmanətdir və inanırıq ki, dövlətimizin və millətimizin onlara diqqət və qayğısı hər zaman yüksək olacaq. Ordan qayıdanda mətbuatda guya Qazağın hansısa kəndlərinin boşaldılması ilə bağlı məlumatlar gördüm. Doğru deyil. Ermənilərə ən yaxın mövqelərdə yerləşən kəndlərdən keçdik, Cəfərlidə yas mərasimində iştirak etdik. Yasda çoxlu insanlar vardı və onlar heç bir zaman düşmənin arzusuna çatmayacağını deyirdilər. Bu kəndlərin insanları qəhrəman insanlardır və müharibənin ən ağır günlərində belə evlərini tərk etməyiblər və bu gün belə bir düşüncədə deyillər. Gəlin düşməni sevindirən doğru olmayan məlumatların yayılmasına imkan verməyək. Tovuzda hərbiçilərimiz, əsgərlərimizlə də söhbət etdik. Düşmənə layiqli cavab vermək üçün hər an hazır olduqlarını deyirdilər. Dualarımızı onlardan əksik etməyək. Allah ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun. Düşmən Ermənistan və onun arxasında dayanan güclər isə inşallah öz layiqli cəzalarını alacaqlar. Allah Ermənistanın da, ona dəstək verənlərin də bəlasını versin. Vətəni ən yüksək səviyyədə qoruyan oğullarımıza Allah kömək olsun!







2 Avqust, 2014  09:53 Baxılıb: 1231 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner