Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ölənlərin sayı 1622-yə yüksəldi

İsrail ordusunun cümə axşamı gecəsindən bu günə kimi Qəzzaya təşkil etdiyi hücumlarda 182 adamın həyatını itirdiyi, 545 adamın da yaralandığı bildirilir. Simsar.az-ın məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra, İsrailin 7 iyuldan bu yana davam edən hücumlarında ən ağır itki verdiklərini ifadə edərək, "İsrailin başda Rifah olmaq üzrə müxtəlif şəhərlərə təşkil etdiyi hücumlarda, 182 Fələstinli öldü. Əksəriyyəti qadın və uşaq 545 adam yaralandı" dedi. Kudra hücumların başlamasından bu yana 1622 adamın həyatını itirdiyini, 8 min 795 adamın yaralandığını söylədi.

Xatırladaq ki, "Qoruyucu Xətt" adı altında 7 İyulda Qəzzaya havadan hücum başladan İsrail ordusu, 17 İyul Cümə axşamı axşamı qurudan hücuma keçib.

Daha sonra BMT Baş katibi Ban-Ki-Mun və ABŞ xarici işlər naziri Con Kerri dünən gecə etdikləri ortaq yazılı şərhdə, İsrail ilə Həmas arasında 3 günlük insani atəşkəsin təmin edilməsi mövzusunda razılaşmağa gəldiyini demişdi. Həmas da səhər 08.00 'də başlayan 72 saatlıq atışkəsi qəbul etmişdi. Lakin İsrail ordusu atəşkəsin elanından 2 saat sonra Rifah şəhərinin şərqini toplardan atəşə tutmağa başlayıb.






2 Avqust, 2014  07:53 Baxılıb: 657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner