Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Daha bir MMC barəsində iş qaldırıldı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 32B ünvanında fəaliyyət göstərən "Kristal CF" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yoxlama zamanı pivə qablarının ön tərəfində məlumatların istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi, həmçinin məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar edilib.

Bundan başqa, müəssisədə pivənin Çexiya istehsalı olan açıq rəngli arpa səmənisindən istehsal edilmədiyi halda, etiketində məhsulun bu arpadan istehsal edildiyi barədə istehlakçılara yanlış məlumatların verildiyi müəyyənləşdirilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Kristal CF" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.






1 Avqust, 2014  20:41 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner