Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanlını öldürənlərin yandırılmış avtomobili tapıldı

Kremençuq meri Oleq Babayevin qatillərinin yandırılmış avtomobili tapılıb.

Simsar.az-ın məlumatına görə, Ukrayna milis əməkdaşları Poltava vilayətinin Qlobinsk rayonunda ağ rəngli “VAZ-2108” avtomobilini yandırılmış halda aşkar ediblər. İyulun 26-da Kremençuq meri, həmvətənimiz Oleq Babayevə bu maşından atəş açılmışdı.

Bu barədə jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin Poltava vilayəti üzrə idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yuri Sulayev məlumat verib.

Milisdə təsdiq ediblər ki, Kremençuq merinə hücum edən cinayətkarlar iki nəfər olub və onlar merə hücum zamanı bu avtomobildən istifadə ediblər.

İstintaq və ekspertiza tədbirləri davam edir.

Xatırladaq ki, Kremençuq şəhərinin meri, azərbaycanlı Oleq Babayev iyulun 26-da güllə ilə vurulub.

Onun “Mersedes” markalı avtomobilinin yanında dayanmış ağ rəngli “VAZ-2108” avtomobilindən merə üç dəfə güllə atıblar. Oleq Babayev hadisə yerində keçinib.

Oleq Babayevin dostları və yaxınları cinayətkarların axtarılıb tapılmasına görə pul mükafatı təyin ediblər.






1 Avqust, 2014  20:19 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner