Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan İsveçrə ilə vizanı qaldıra bilər

İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər. APA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M.Məmmədquliyev qeyd edib ki, İsveçrə ilə Azərbaycan arasında viza rejimi və readmissiya haqqında danışıqlar artıq başa çatıb: "Ümidvarıq ki, yaxın gələcəkdə bu sənədlər imzalanacaq və ratifikasiya olunacaq. Bu proses başa çatdıqdan sonra, diplomatik və xidməti pasport sahibləri vizasız gedib-gələcək".

Onun sözlərinə görə, adi vətəndaşlar üçün isə viza sənədlərinin sayı və viza rüsumunun məbləği azaldılacaq.

"Gələcəkdə isə ümumiyyətlə vizaların aradan qaldırılması məsələsinə də gələ bilərik", - deyə nazir müavini qeyd edib.

M.Məmmədquliyev əlavə edib ki, hazırda 240 azərbaycanlı tələbə İsveçrə universitetlərində təhsil alır ki, bunların da 70-i dövlət proqramı çərçivəsində göndərilib.






1 Avqust, 2014  19:57 Baxılıb: 589 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner