Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Cənubi Qafqazın ən böyük bazarı Gəncədə olacaq – FOTOLAR

Gəncə daha bir yeniliklə dünyanı heyrətləndirəcək! Genişvüsətli abadlıq-quruculuq işləri çərçivəsində tikilən Cənubi Qafqazın ən böyük bazar kompleksi Gəncənin müasir simasına möhtəşəmlik gətirəcək. Nəhəng bazar Kəpəz rayon İcra Hakimiyyətinin yaxınlığında, 18 hektar ərazini əhatə edəcək. Nəhəng ticarət kompleksində bostan bitkiləri, meyvə, tərəvəz, ət, süd, un məmulatları və digər sektorlar fəaliyyət göstərəcək, balıqlar üçün böyük akvariumlar, iri soyuducular qoyulacaq.

Bazarda həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının topdan və pərakəndə satışı təşkil olunacaq. Satışa çıxarılan məhsullar təyinatı üzrə ayrılan bölmələrdə alıcılara təklif ediləcək. Bütövlükdə, bazarda kənd təsərrüfatı məhsullarının satışı üçün 104 bölmə nəzərdə tutulub. 16 birmərtəbəli və 18 ikimərtəbəli binalardan ibarət olacaq bazarda 810 mağaza fəaliyyət göstərəcək.Burada insanların rahatlığı üçün hər cür şəraitə malik otel, eyni zamanda 2400 maşının saxlanılması üçün avtopark da tikiləcək.

 

 






1 Avqust, 2014  16:48 Baxılıb: 903 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner