Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili ön cəbhədə - FOTOLAR

Tekfen şirkəti millət vəkili Qənirə Paşayeva ilə bərabər Tovuzda ön cəbhə kəndlərini və hərbi hissəni ziyarət edib.

Simsar.az xəbər verir ki, Tekfen şirkəti rəhbərliyi və DHA agentliyinin  Bakı təmsilçisi Ali Kan millət vəkili  Qənirə Paşayeva ilə bərabər Tovuzda ön cəbhə kəndlərini və hərbi hissəni ziyarət edib.  Tekfen İnşaatın Azərbaycan təmsilçisi Turgay Çabalar və DHA agentliyinin  Bakı təmsilçisi Ali Kan millət vəkili Qənirə Paşayeva ilə birlikdə Tovuzun ön cəbhə kəndləri olan Ağdam və Əlibəyli kəndlərini ziyarət edib və Ermənistanın vandalizm aktları ilə yaxından tanış olublar. Burada qonaqlara mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu, onun insanlarının müharibə dövründə göstərdiyi qəhrəmanlıqlar, verdiyi şəhidlər və Milli Qəhrəmanları haqqında məlumat verib. Tekfen İnşaatın Azərbaycan təmsilcisi Turgay Çabalar millət vəkili Qənirə Paşayeva ilə birlikdə ön cəbhə kəndləri olan Ağdam və Vahidli kəndlərinində yaşayan bəzi imkansız ailələri, xəstə və kimsəsizləri ziyarət edib və onlara  hədiyyələr,ərzaq yardımlarını təqdim ediblər. Tekfen rəsmisi eyni zamanda millət vəkili Qənirə Paşayeva ilə Tovuzda ön cəbhədə hərbi hissədə olub, əsgər və zabitlər ilə görüşüb və sonra xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib. Tekfen İnşaatın Azərbaycan təmsilçisi Turgay Çabalar və DHA agentliyinin  Bakı təmsilçisi Ali Kan millət vəkili Qənirə Paşayeva ilə birlikdə Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla da görüşüblər, görüş zamanı qonağa rayonun potensialı barədə geniş məlumatlar verilib və geniş əməkdaşlıq imkanları diqqət mərkəzində olub.







1 Avqust, 2014  14:57 Baxılıb: 1085 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner