Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün vur-çatlasın edən restoran və müğənnilərimiz – SİYAHI

Ölkədə 9 şəhid – Restoranlarda çal oynasın, vur çatlasın

Bu gün yaralı yerimiz Qarabağdan, cəbhə bölgəsindən acı xəbər aldıq. 9 əsgərimiz vətənimizin bütövlüyü uğrunda şəhid oldu. Çox təssüf ki, əsas vəzifəsi cəmiyyəti bilgiləndirmək olan televiziya kanallarımız, əyləndirmək prinsiplərini əsas tutaraq, efirlərində konsert, əyləncəli verilişlər verməkdə davam etdilər.

Bəs hər küncündə-bucağında restoran, şadlıq evi olan paytaxtımızda, restoranlarımız necə, şəhidlərimizin ruhuna hörmətlə yanaşacaqlarmı? Restoran sahibləri öz vətəndaşlıq borclarını yerinə yetirəcəklərmi? Maraqlandıq və yenə də məyus olduq.

Paytaxtın bir neçə məşhur restoranlarına zəng edib maraqlandıq, amma heç də şəhid vermiş bir ölkənin gündəminə uyğun abu-hava hiss etmədik, hər şey öz axarı ilə davam edir. Restoranlar bu gün axşam paytaxt sakinlərini və şəhərimizin qonaqlarını öz şou proqramlarına dəvət etməkdə davam edirlər.

Axşam şou proqram təşkil edəcək retsoranlarımız bunlardır, bəlkə getmək istəyən olar:

Niaqara restoranı

Ay İşığı restoranı

Çanaqqala restoranı

Neolit restoranı

Uzağa getməyək, elə qonşu Türkiyədə bütün siyasi, sosial məsələrin önündə müğənnilər, şou-biznes nümayəndələri gedirlər, vətəndaşlıq borclarını layiqincə yerinə yetirirlər. Türkiyədə şəhid xəbəri çıxan kimi, bütün müğənnilər konsert proqramlarını təxirə salır, sosial şəbəkələrdə Türkiyənin böyüklüyünü nümayiş etdirən yazılarla çıxış edirlər. Bəs bu gün bizim  sənətçi dediklərimiz nə edirlər?! Axı, bu gün 9 şəhid vermişik, 9 vətən övladı itirmişik. Bizim şou əhlimiz isə pul qazanmağından geri qalmır.

Bu axşam şou proqramlarında çıxış edəcək adlarını öyrənə bildiyimiz şou- biznes nümayəndələri:

Xatun

Sevil-Sevinc bacıları

Samira

Niyam

İzzət

Dostlar qrupu

Qeyd edək ki, ölkənin heç bir şadlıq sarayında toylar təxirə salınmayıb.

Unutmayaq ki, necə insan olmaq yalnız şəxsin özünü, necə vətəndaş olmaq isə, bütün cəmiyyəti, milləti, dövləti maraqlaqlandıran məsələdir.

Vüsal Qarayev

 






1 Avqust, 2014  14:38 Baxılıb: 4857 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner