Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu günkü hadisə ilə bağlı ən maraqlı STATUSLAR

Cəbhə xəttində yaşanan gərginlik nəticəsində Azərbaycan ordusu 9 şəhid verdi. Bu hadisə sosial şəbəkədə böyük əsk-səda doğurdu. Bir çox istifadəçi virtual məkanda matəm elan edərək profil şəkillərini dəyişdi...

Hadisə ilə bağlı diqqət çəkən statusları olduğu kimi təqdim edirik:

Sənan Nəcəfov: “Müharibədə matəm elan olunmur!!!!

Bu faciə deyil, daşqın, qasırğa deyil, bu terror da deyil. Bu işğalçı dövlətin işğal siyasətinin davamıdır. Müharibə heç vaxt dayanayıb. o səbəbdən siyasilərin matəm elan olunması ilə bağlı çağırışları yersizdir!!!

bilmirəm, bunun diplomatik izahı necə olar, amma bildiyim bir şey var: Müharibədə matəm elan olunmur!!!”

Səxavət Qurbanov: “9 şəhid verdik... Göy guruldadı, yağış yağır... Belə təsadüf olar?”

Kara Karaca: “Televiziyada əsl vətən xainlərini göstərirlər”.

Dr Zaur Aliyev Qarabaği: “Xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbiçilərin ailələrinə 11 min manat məbləğində kompensasiya ödəniləcək.

11 min manat

11 əsgər

Bir əsgərin qiyməti 11 min manat!!”

Günel Musa: “Göy ŞƏHİDLƏRƏ ağlayır rəsmən. Üstümüzə su səpilir”.

Kənan Hacı: “Azərbaycan televiziyaları bu gün öz gerçək mahiyyətini ortaya qoydu!!!”

Elnur Muxtar: “Göy guruldayır ki, top-tüfəngin səsini eşitməyək. Oturub ağlayıram indicə...”

Bəyaz Məmmədova: “İnanın, belə getsə, biz heç Fələstindən geri qalmayacayıq! Hələ bu millət yatsın görək ...”

Fəxri Ağayev: “Biz dünən gecə rahat rahat yatarkən, istidən narazı ikən, əylənərkən, televiziyaya baxarkən - o gənclər gecə qaranlıqda döyüşürdülər.. Və öldülər... Biz isə bundan xəbərsiz.

8 ailədə yasdır bu gün. Əslində bu hamımızın yasıdır...”

Elmar Hüseynov: “Tüpürüm sizə... Çıxın vətənpərvərlikdən dəm vurun f...lər (TV-lərə əsəbləşib)”

Sərvan Mübarizoğlu: “11 Ana.....11 Ata......11 Bacı.......11 Qardaş.....11 Nişanlı.......11 Qonşu........11 Qohum........1 GECӘDӘ HAMI ÖLDÜ!!!”

EM IN: “Elə bildiz yağan yağış idi? Vallah yağış deyildi...

Tüpürcək idi. Şəhidlərin ruhu tüpürdülər üzümüzə...”

Şəmsəddin Abbasov: “8 солдат Азербайджаснкой армии за одну ночь сложили головы во имя родины... ALLAH REHMET ELESIN! Скорбим и приносим соболезнования родным и близким этих героев....”

AyNur Shahkerimova: “İstəmirəm, allah, istəmirəm! Dünyaya oğlan uşağı gətirmək istəmirəm, şəhid böyüdüb "vətən sağ olsun" demək istəmirəm! Mənim oğlum sağ olmayandan sonra, Vətən heç sağ olmasın!!!”

Rza Rzayev: “Her an son döyüşe hazır olmalıyıq , şerefli ölümü adi ölümden üstün tutmalıyıq!!!”

Vüsal Ebu Ertoğrul: "Olimpia çempionunun qiyməti ən az 300 min manat, ev, maşın. Qarabağda şəhid olan əsgərin qiyməti isə 11 min manat..."

Simsar.az

 






1 Avqust, 2014  14:28 Baxılıb: 7558 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner