Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Matəm saxlamaqdansa, növbəti döyüşlərə hazırlaşaq” – FAZİL MUSTAFA

“Müharibənin gedişində matəm elan olunmur, sadəcə buraxılan səhvlər düzəldilərək növbəti döyüşə hazırlaşılır”.

Simsar.az xəbər verir ki, bunu Millət Vəkili faizl Mustafa, bu gün cəbhədə əsgərlərimizin şəhid olması məsələsinə fikir bidirərək öz facebook profilində yazdığı statusda bildirib. “8 hərbçimizin şəhid olması hamımızı üzdü. Allah rəhmət etsin! Bu rəqəm böyükdür və düşündürücüdür. Əsgərlərimizin silahla davranış vərdişini artırmaq üçün orta məktəblərdə hərbi dərsləri bərpa etmək zəruridir. Atıcılıq klublarının açılmasını təşviq etmək, gənclər arasında hərbi oyunları müntəzəm keçirmək vacibdir. Çox vaxt əsgərlərin ölümü təcrübəsizlikdən olur, kifayət qədər hazırlıqlı əsgər düşmən hücumu zamanı çaşqın vəziyyətə düşmür. İki-üç aya əsgərdə ibtidai hərbi vərdişləri yaratmaq çox çətindir, mütləq baza olmalıdır”.

Millət Vəkili vurğulayıb ki, baş verənlərə görə matəm tutmaqdansa, növbəti döyüşlərə hazırlanmaq lazımdır.  “Sual verirlər ki, şəhidlərimizə görə matəm elan edək, ya etməyək? Əlbəttə onları layiqli şəkildə dəfn etməliyik, ailələrinin qayğısına qalmalıyıq. Ancaq müharibənin gedişində matəm elan olunmur, sadəcə buraxılan səhvlər düzəldilərək növbəti döyüşə hazırlaşılır”.

Vüsal Qarayev

 

 

 






1 Avqust, 2014  12:10 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner