Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva məşhur sənətçi ilə görüşdü – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva dünyaca məhşur sənətçi, İtaliyanın məşhur səsi, “Romantica”, “O sole mio”, “Santa Lucia” kimi möhtəşəm əsərlərin ifaçısı Robertino Lorettini ilə görüşüb.

Millət vəkili bu haqda öz facebook profilində yazıb: ”Dünyaca məhşur sənətçi, İtaliyanın məşhur səsi, “Romantica”, “O sole mio”, “Santa Lucia” kimi möhtəşəm əsərlərin ifaçısı Robertino Lorettini evimizdə qonaq etməkdən böyük məmuniyyət duyduq. Sadə, təvazökar və səmimi bir insan olan bu böyük sənətkar ziyalılarımızdan Xəzər Eminin ailəsi ilə birlikdə qonağımız oldular. Xəzər müəllimin övladı, beynəlxalq müsabiqələr laureatı, istedadlı balamız Emin artıq R.Lorettinin bir neçə konsertində öz ifası ilə tamaşaçıların rəğbətini qazanıb. Bir azərbaycanlı övladına bu cür diqqət və qayğısına görə gözəl sənətkar Robertino Lorettiyə bir millət vəkili olmaqla bərabər, bir vətəndaş olaraq da xüsusi təşəkkürümü bildirdim və Eminə dəstəyini bundan sonra da davam etdirəcəyinə inandığımı söylədim. Gözəl söhbətlər etdik, Azərbaycanı, mədəniyyətimizi, musiqi və mətbəximizi çox sevir  Robertino Loretti. Geniş söhbətlər zamanı Azərbaycanlılarla İtalyanlar arasına, mədəniyyətimizdə ortaq nöqtələr də tapdıq. Amma məni ən çox heyrətləndirən Lorettiyə hədiyyə etdiyim qədim musiqi alətimiz sazı əlinə alan kimi onda həmən bir italyan əsəri ifa etməyə başlaması oldu. İlk dəfə əlinə saz aldığını desə də insana elə gəlirdi ki, sanki bu aləti neçə illərdir bilir. Sazı çox sevdi və aldığı ən qiymətli hədiyyələrdən biri olduğunu, evinin ən gözəl yerində asacağını söylədi. Mən də inşallah çalmağı daha yaxşı öyrənərsiniz dedim. Ona musiqimizlə bağlı da materiallar hədiyyə etdik. Və təbii ki, musiqimizin əsas beşiyi sayılan Qarabağdan danışdıq. Qarabağın yetişdirdiyi böyük musiqiçilərdən, 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasından, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönə bilməməsindən, Ermənistanın törətdiyi Xocalı soyqırımından da ətraflı danışdıq və ona Azərbaycan həqiqətlərini əks etdirən ingilis dilində filmlər kataloqunu hədiyyə etdim. Çox diqqətlə dinlədi və materiallarla daha geniş tanış olacağını söylədi. Azərbaycan xanımlarının zərif əl işləri, ağac üzərində oyma işləri hədiyyələri isə çox xoşuna gəlmişdi. Azərbaycan mətbəxindən isə danışmaqdan doymurdu. Çox sevdiyim mətbəxdi deyirdi. Oqtay Kazımı, Aygün Səmədzadə, Tünzalə Ağayeva və Elza Seyidcahanla olan birgə musiqi albomlarızı da  hədiyyə etdim və böyük məmuniyyət duydu. Evimizdə verdiyi kiçik konsert, daha doğrusu Eminə keçdiyi kiçik bir master klas isə çox gözəl idi. İnşallah Eminin gələcəyi işıqlı olar, istedadlı bir gəncimizdir və inşallah gözəl bir sənətkar olub, musiqimizi dünyaya yayan böyük sənətkarlardan biri olar. Robertino Loretti ilə bərabər gözəl orkestrasının şefi dəyərli dostumuzla da Azərbaycan haqda gözəl söhbətlər etdik. Azərbaycandan böyük sevgi ilə ayrılacaqlarını və tezliklə yenidən gəlmək istədiklərini söylədi. Ölkəmiz barədə, Birinci Xanımımız Mehriban Əliyevanın Azərbaycan Mədəniyyəti və musiqisini bütün dünyaya daha geniş şəkildə yayması istiqamətində işlərindən də danışdıq və qonaqlarımız Bakının beynəlxalq musiqi tədbirlərinə ev sahibliyi etməsinin artmasının və Azərbaycanın gözəl mədəniyyətinin daha geniş təbliğinin önəmini xüsusi vurğuladılar. Bütün dünyada məhşur bir sənətçi olmasına ramən sadəliyi, səmimiliyi, təvazıkarlığı ilə dəyərli bir insanla dostluq etmək çox gözəldi.

 






1 Avqust, 2014  09:33 Baxılıb: 979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner