Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-dan İsrail qətliamına silahlı DƏSTƏK

İsrailin Qəzzaya əməliyyatından bəri ölən fələstinilərin sayı 361-ə çatıb. İsrail daha 16 min ehtiyatda olan əsgərini xidmətə çağırıb. ABŞ isə İsrailin istəyi ilə, İsrail ordusuna silah-sursat dəstəyi verdiyini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi Pentaqonun yazılı açıqlamasında, İsrail Müdafiə Nazirliyindən Xarici Yardımlar Proqramının göndərilməsi proseduru çərçivəsində tələb məktubu alındığı bildirilir.

Açıqlamada, İsraildə yerləşən Müharibə Ehtiyatları Cəbhəxanasından uyğun silah-sursatın İsrail ordusuna verildiyi açıqlanır.

İsrail ABŞ-dan top istədi

ABŞ mediasında yer alan xəbərlərə görə, İsrail Müdafiə Nazirliyinin istəkləri arasında, 120 mm-lik hava topları və 40 mm-lik mina atanların olduğu açıqlanıb.

Bayram qana bulandı

Digər tərəfdən, İsrail qırıcılarının Şucaiyyədə bir bazara atdıqları raketlər nəticəsində, 17 nəfər ölüb, 200 nəfər yaralanıb.

İsrailin Qəzzaya Ramazan Bayramında etdiyi hücumlarda 318 nəfər ölüb. 7 iyuldan bəri isə ümumilikdə 1361 nəfər ölüb, 7 min 680 nəfər yaralanıb.

İsrailin adını çəkməyə cəsarətləri çatmır

Ağ ev İsrailin BMT məktəblərini vurmasını qınasa da, ABŞ təmsilçisi, birbaşa İsrailin adını çəkməyə cəsarət etməyib. Sadəcə məktəblərin vurulmasını qınadıqlarını bildiriblər.

Vüsal Qarayev

 






31 İyul, 2014  18:06 Baxılıb: 688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner