Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əsir erməniləri yoxladılar

Hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri dünən Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçisi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.

Bu barədə APA-ya BQXK-nın yayım şöbəsinin müdiri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, əsirlərin saxlanma şəraitinin və fiziki durumlarının monitorinqi aparılıb. Əsirlərə ailələrindən məktub çatdırılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.

Onu da əlavə edək ki, könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun 3 əsgəri öz istəyi və BMT-nin Azərbaycan nümayəndəliyinin vasitəçiliyi ilə bir müddət əvvəl üçüncü ölkəyə göndərilib. Bunlar 2009-cu ilin fevral ayında könüllü olaraq Azərbaycana keçmiş Qrant Markosyan, Rafik Tevosyan və Vartan Sarkisyandır. Onların hansı ölkəyə göndərildikləri açıqlanmır.






31 Mart, 2011  16:20 Baxılıb: 1210 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner