Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kanada Çini ittiham etdi

Kanada Çin hakerlərinin ölkənin Milli Tədqiqat Şurasının kompüterlərinə müdaxilə etmək cəhdini qeydə alıb və lazımi təhlükəsizlik tədbirlərini görüb.

Kanada hökumətinin rəsmi nümayəndəsi Korin Şarettin sözlərinə görə, bu yaxınlarda Kanada Çinin dövlət tərəfindən maliyyələşdirilən mürəkkəb yüksək texnologiyalı subyektinin Milli Tədqiqat Şurasının İT infrastruktur obyektlərinə kiberhücumunu qeydə alıb və təsdiq edib.

Hökumət təmsilçisi qeyd edib ki, kiberhücum hökumət kompüterlərinin təhlükəsizliyinə təsir göstərməyib: “Biz Kanada hökumətinin bütün şəbəkəsinin hücuma məruz qalmasını sübut edən dəlillərə malik deyilik. Şuranın kompüterlərinin ümumi hökumət sisteminə aidiyyəti yoxdur”.

Qeyd edək ki, bu, Kanada təşkilatlarına Çin hakerləri ilə bağlılığı güman edilən ilk haker hücumu deyil. 2012-ci ilin sentyabrında Kanada hakimiyyəti yerli kompüter təminatı istehsalçılarını və enerji şirkətlərini təhlükə altına alan haker hücumlarının edilməsini bəyan edib. O zaman rəsmi Ottava hücumların arxasında Çin haker qrupunun dayanması barədə məlumatları şərh etməkdən imtina edib.

Vüsal Qarayev







31 İyul, 2014  11:25 Baxılıb: 584 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner