Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bolu bələdiyyəsinin Bakı ziyarəti – FOTOLAR

Bolu vilayətinin bələdiyyə başçısı və üzvləri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk  Şəhidliyini  ziyarət ediblər

Bolu vilayətinin bələdiyyə başçısı və heyəti ermənilərin törətdikləri soyqırımları kəskin qınayıblar və beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçılığına sərt mövqe göstərməyə, 1 milyon azərbaycanlı köçkünün Ermənistan tərəfindən pozulan haqlarının müdafiəsinə  çağırıblar. Simsar.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, dəvəti ilə ölkəmizə səfər edən  Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyəti  Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyətinə  Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib. Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə gerçəkləşən ziyarətlər əsnasında Azərbaycana gələn qardaş ölkənin nümayəndələrinə Xocalı soyqırımı, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə geniş məlumat verilib. Sonra qonaqlar millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Paytaxtla tanışlıq şəhərin böyük muzeylərini ziyarətlə davam edib.   Türkiyəli qonaqlar həmçinin İncəsənət muzeyini, Bayraq meydanını ziyarət ediblər və dünyanın ən böyük bayrağı ilə tanış olublar. Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyəti  Azərbaycanın inkişafından çox sevindiklərini deyiblər.






31 İyul, 2014  10:19 Baxılıb: 804 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner