Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Möhsün Pak Ayin: “Minsk qrupu münaqişədə bitərəf deyil”

İran İslam Respublikası Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həll olunmasının tərəfdarıdır”.

Bunu Simsar.az-a  İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

20 ildir münaqişənin davam etdiyini deyən səfir bildirib ki,  Azərbaycan və Ermənistan bu münaqişənin həlli üçün Minsk qrupu mexanizmini seçib: “Fikrimcə, Minsk qrupu bu münaqişədə bitərəf deyil. Elə bu səbəbdən də Qarabağ münaqişənin həll edilməsi üzrə səyləri uğursuzdur. Bu məsələ nə Azərbaycanın, nə də regionin təhlükəsizliyinin xeyrinədir.”

Diplomat həmçinin qeyd edib ki, region ölkələri Qarabağ münaqişəsinin həlli prosesinə qoşulmalıdırlar. Çünki  regiondan kənar ölkələrin bu məsələnin həll olunması üçün güclü iradəsi yoxdur: “Münaqişənin həlli məsələsinə İslam Əməkdaşlıq Təşkilatının qoşulması faydalı ola bilər. İran hazırda Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi, eləcə də İƏT-in fəal üzvü kimi bu münaqişədə vasitəçilik etməyə hazırdır”.

Hüseyn İbadlı

 






31 İyul, 2014  09:25 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner