Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

93 ildi soyqırıma məruz qalmışıq

3 gün ərzində Bakıda 17 min azərbaycanlı öldürülüb

Simsar.az xatırladır ki, 1918-ci il martın 31-də azərbaycanlılara qarşı soyqırım törədilib. Həmin il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutublar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törədiblər. Martın 31-i və aprelin 1-də qırğınlar kütləvi şəkil alıb.

Erməni daşnakları 3 gün ərzində Bakıda 17 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər.

Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. Mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib, məscidlər, məktəblər yandırılıb, dağıdılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib, əhalisi qətlə yetirilib.

2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin 1918-ci il 30 mart - 1 aprel tarixləri arasında azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib. Müəyyənləşdirilib ki, qətllər zamanı ermənilər bir dənə də olsun güllədən istifadə etməyiblər. Bunu sübut edən bir neçə fakt var. Tədqiqatlar zamanı, həmçinin, bəlli olub ki, məzarlıqda azərbaycanlılarla yanaşı, Qubada kompakt şəkildə yaşayan ləzgilər, tatlar, yəhudilər, avarlar və s. etnik qrupların nümayəndələri amansızcasına qətlə yetirilərək kütləvi şəkildə basdırılıblar. Bu gün Azərbaycana səfərə gələn xarici qonaqlar, turistlər Quba məzarlığı ilə tanışlıqdan sonra ermənilərin necə vəhşi olduqlarını anlayırlar.

31 mart soyqırımı qan yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin ən dəhşətlisi idi.

Bütün bunlara baxmayaraq, soyqırımı törədənlər cəzasız qalıblar, 31 mart soyqırımı beynəlxalq səviyyədə hüquqi qiymətini almayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.






31 Mart, 2011  14:30 Baxılıb: 1474 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner