Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Ramazan bayramını ön cəbhədə qarşılayıb

Tovuzda hərbi hissədə Ramazan bayramı münasibəti ilə böyük tədbir keçirilib.

Simsar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan Bolu Bələdiyyə başqanı Aladdin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti və TUSİAB-rəsmiləri Tovuz rayonunda ön cəbhədə hərbi hissədə olub və hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşüblər.

Türkiyənin Bolu Vilayətinin bələdiyyə başqanı Aladdin Yılmaz hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu,onun önəmli olduğunu qeyd edərək bütün əsgər və hərbiçiləri Ramazan bayramı münasibəti ilə təbrik edib və onlara bütün dualarına çatmalarını diləyib.

Daha sonra Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan əsgər və hərbçilər qarşısında gözəl konsert proqramı ilə çıxış edib. Yüksək səviyyədə keçən konsert proqramı çərçivəsində qonaqlar əsgər və zabitlərlə rəqslər də ediblər. Konsert proqramından sonra millət vəkili Qənirə Paşayeva və qonaqlar əsgər və hərbiçilərlə yemək yeyiblər və onlarla söhbət ediblər.






29 İyul, 2014  12:55 Baxılıb: 628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner