Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ali Radanın azərbaycanlı deputatı öldürülüb

Ukraynada şəhər meri qətlə yetirilib. Poltava Kremençuk şəhərinin hazırkı meri Oleq Babayev güllələnib. ANS PRESS-in "Kommersant"a istinadla verdiyi məlumata görə, Hadisə günorta saatlarında qeydə alınıb.

O, yaşadığı evin həyətində 3 güllə yarası ilə öldürülüb.

"Batkivşina" partiyasından keçmiş deputat olan O.Babayevin 49 yaşı olub.

Simsar.az-ın məlumatına görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya açıqlamasında O. Babayevin naməlum avtomobildən enən maskalı naməlum şəxslər tərəfindən atəşə tutulduğunu deyib. Hadisə ilə bağlı cinayət işi başlanıb və hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.

Qeyd edək ki, əslən Azərbaycanın Gəncə şəhərindən olan O. Babayev Viktor Yuşenkonun prezidentliyi dövründə Ukrayna parlamentinin deputatı olub. O. Babayev həm də Ukraynada böyük biznes imkanlarına malik şəxs kimi tanınıb.

Xatırladaq ki, bu mayın 14-də BUAK sədri, iş adamı R. Tağıyevə də qarşı silahlılar tərəfindən sui-qəsd cəhdi olub, o təsadüf nəticəsində sağ qalıb.






26 İyul, 2014  14:57 Baxılıb: 738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner