Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail ABŞ-ın planına YOX dedi

İsrail, Amerika Bİrləşmiş Ştatlar prezidenti Obamanın Atəşkəs danışıqları üçün bölgəyə göndərdiyi, xarici işlər naziri Kerrynin atəşkəs planını qəbul etməyib.

ABŞ xarici işlər naziri Kerrynin iki mərhələli planı, 7 günlük atəşkəsin ardından Fələstin və İsrail arasında ABŞ, BMT və AB-nin zamin duracağı müzakirələrdən ibarətdir. İsrail isə bu planı qəbul etməyib.

Beynəlxalq zəmanətli 7 günlük atəşkəs

İsrailin Qəzzaya qurudan və havadan davam etdirdiyi hərbi əməliyyatları, Həmasın İsrail torpaqlarına raket atışlarını durdurmaq üçün, ABŞ xarici işlər naziri Con Kerry yeni bir plan təklif edib. Atəşkəs təşəbbüslərini Misir paytaxtı Qahirədən idarə edən Keerynin planına Həmasın razılıq verməsində, Qətər və Türkiyənin əsas rol oynayacağı bildirirlir.

Mühasirənin qalxması şərtdi

Plana görə Ramazan bayramının başlamasıyla 7 günlük atəşkəs qərarı veriləcək. Lakin bu müddətdə İsrail ordusu Qəzzanı tamamən tərk etməyərək, Həmasın İsrailə çıxan tunellərini yox etməyə davam edəcək. Keçici atəşkəs müddətində  İsrail və Həmas daha davamlı bir sülh üçün danışıqlara başlayacaq.  Misirin barışdırıcılıq etdiyi müzakirələrdə Fələstin hökuməti də iştirak edəcək. ABŞ, BMT baş katibi Ban ki Mun və Avropa Birliyi tərəflərə, müzakirələrdə hər iki tərəf üçün sərfəli məsələlərin müzakirə ediləcəyinə zəmanət verəcəklər.

İsrail qəbul etmədi

İsrail tərəfi Qəzzanın raket və tunellərdən təmizlənməsini tələb edərkən, Həmas Qəzza üzərindəki mühasirənin qaldırılmasını istəyir. Təklifi müzakirə edən İsrail hakimiyyəti planı qəbul etməyib.

Vüsal Qarayev







26 İyul, 2014  08:27 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner