Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lider TV-dəki "Rəngarəng" -in Ece Ərkənlə bağlılığı varmı?

“Rəngarəng” adlı proqramın Türkiyədə yayımlanan eyniadlı verilişə heç bir bənzərliyi olmaycaq

Aprelin 1-i saat 20:30-da Lider televiziyasında yeni veriliş efirə çıxacaq. “Rəngarəng” adlı proqram Aynurə Tahirqızı və “Ulduz Production”un birgə layihəsi əsasında təqdim olunur. 
Verilişin rejissoru və ssenari müəllifi Aynurə Tahirqızının simsar.az-a verdiyi məlumata görə, verilişdə müxtəlif sahələrin tanınan simaları qonaq olacaq: “Bu sırf şou-biznesə həsr olunan veriliş deyil. Proqrama sənət, şou, idman aləmində tanınmış adamlar dəvət edilir. Bəstəkarlar, rejissorlar, aktyorlar və başqa sahələrin nümayəndələrinin iştirakı nəzərdə tutulur”.

Ssenari müəllifi bu proqramın Türkiyə kanalında Ece Erekenin aparıcılığı ilə yayımlanan eyniadlı verilişə heç bir bəznzərliyi olmadığını bildirib: “O veriliş studiya formatında qurulub, bizim təqdim etdiyimiz proqrqmdasa həm də studiyadan kənar çəkiliş aparılacaq. Verilişdə aparıcı qonağı ilə səhərdən axşama kimi bir neçə məkana baş çəkəcək və veriliş zamanı qonaq olan şexs barədə onun yaxınları – anası, atası, bacısı, qardaşı, həyat yoldaşı, işçiləri, qonşuları danişacaq və maraqlı açıqlamalar veriləcək. Bir sözlə, başdan-başa rəngarəng veriliş olacaq”.

A. Tahirqızı qeyd etdi ki, verilişin ilk qonağı Rəhim Rəhimlidir: “Verilişin yaradıcı qrupu onun haqqında bu günə kimi heç kimin bilmədiyi bir çox açıqlamalar əldə edib.

Cümə günləri bir saat ərzində yayımlanacaq proqramın aparıcısı Zaur Nəbioğludur. 






30 Mart, 2011  22:03 Baxılıb: 2143 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner