Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Maliyyə Nazirliyinin yeni binasında olub

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub.

Simsar.az xəbər verir ki, Maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verib.

Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış olub.

Prezident Maliyyə Nazirliyinin son illərdə keçdiyi inkişaf yolu, geniş tətbiqini tapan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxıb.

Sonra dövlət başçısına büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olunub. Qeyd edilib ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.

Dövlət başçısına həmçinin ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə məlumat verilib. Maliyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olan prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

 






25 İyul, 2014  16:57 Baxılıb: 694 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner