Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rezidenturaya qəbulun II mərhələsi keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək.  Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq. Bakı şəhərində 944 namizədin, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 17 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılmışdır. İmtahan bütün binalarda eyni vaxtda- saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi 30 mart 2014-cü il tarixində keçirilmişdir və 956 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək imtahanın II mərhələsinə buraxılmışdır. Namizədlər iyulun 19-dan etibarən öz elektron ərizələrinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqi"ni çap edirlər. İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər.

"Namizədin imtahana buraxılış vərəqəsi"ni - şəxsiyyəti təsdiq edən sənədin əslini Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 29-dan 31-dək aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər. Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsi iyulun 26-da, II mərhələsi isə iyulun 27-də keçiriləcək.

 

Aysel Kərimova







25 İyul, 2014  16:52 Baxılıb: 643 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner