Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cənubi Qafqazın prezidentləri Borçalıya dəvət olundu

Zəlimxan Məmmədli: “Elat” bayramı Azərbaycan və Gürcüstan xalqları arasında etimad mühitinin daha da gücləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirdir”

“Borçalı Cəmiyyəti Cənubi Qafqazdakı hər üç ölkənin prezidentinə müraciət edib. Məqsəd avqustun 3-də Borçalıda keçiriləcək “Elat” bayramında hər 3 xalqın nümayəndələrinin iştirakını təmin etməkdir. Cənubi Qafqazda sülh və barışın təmin edilməsi, insaların sosial-mədəni proseslərə qatılması, sülh və barış şəraitində yaşayaraq Elat mədəniyyətimizin gözəlliklərini dünyaya tanıtmaq, qarşılıqlı münasibətlərə də müsbət təsir edər”. Bunu “Elat bayramı” ilə əlaqədar bu gün BMM-də mətbuat konfransı keçirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Simsar.az xəbər verir ki, tədbirdə “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək, rəhbərlik etdiyi qurum tərəfindən artıq üçüncü ildir ki, Azərbaycan və Gürcüstan dövlətçiliyinin möhkəmləndiriliməsi, iki xalq arasında etimad mühitinin yaradılması, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə əməli töhfələr verən layihələr həyata keçirildiyini bildirib. Qeyd edib ki, hazırda da “Borçalı” Cəmiyyəti Gürcüstanın Dmanisi rayonunun Armudlu kəndində düzənlənəcək və artıq xoş bir ənənə halını almış 6-cı “Borçalı Türklərinin Elat Bayramı”na hazırlaşır. Cəmiyyət sədri ötən ilki “Elat” bayramlarında türk dünyasının daha geniş coğrafiyasını təmsil edən dəyərli soydaşlarımızın, o cümlədən, Anadoludan və Güney Azərbaycandan həmvətənlərimizin və gürcü elitasının da iştirak etməsinə diqqət çəkib. Deyib ki, bu ilki “Elat” bayramında da həmin möhtəşəmliyin bir daha yaşanacağına əminlik var: “Bu bayram bizim birliyimizin, həmrəyliyimizin rəmzi ifadəsidir. Olduqca mürəkkəb hadisələrlə dolu XXI yüzillikdə birlik və həmrəylik dövlətçiliyimiz, bir xalq kimi dünya miqyasında özümüzü daha yaxşı təqdim etməyimiz üçün çox vacibdir. Siyasi mənsubiyyətindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq Vətənə, Xalqa, Yurda bağlı bütün insanların “Elat” bayramında iştirakını arzulayırıq.

“Elat” bayramı həm də Azərbaycan və Gürcüstan vətəndaşlarının, tarixən qonşu olan xalqlarımız arasında etimad mühitinin daha da gücləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirdir. Azərbaycan və gürcü xalqlarının tarixi dostluq ənənələrinə sadiq qalaraq bu gün də həmrəylik nümayiş etdirmələri bir daha onu göstərir ki, heç bir üçüncü qüvvə bu etimad mühitini sarsıda bilməz. Dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər, strateji tərəfdaşlıq kimi mühüm amillər də hər iki xalqın qarşısında olan problemlərin tezliklə aradan qaldırılacağına əminlik yaradır”.

Z.Məmmədli təəssüflə onu da bildirib ki, ötən dövrlərdə saf niyyət və qarşılıqlı uzlaşma fəlsəfəsi ortaya qoyulmasına rəğmən, “Borçalı” Cəmiyyətini yoldan sapdırmağa çalışanlar, təşkilata qarşı hər cür şantaja əl atanlar da olub. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq hər iki tərəfin sağlam qüvvələri və millətlərin sağlam ruhu hesabına “Borçalı”nın tədbirlərinin uğurlu alınması, keyfiyyətcə yeni mərhələyə qədəm qoyması təmin edilib: “Bu gün sevinclə deyə bilərəm ki, istər Gürcüstanda istərsə də Azərbaycanda əksər qurum və nüfuzlu “Elat” bayramına münasibətdə vahid mövqeyə gəliblər. Biz milli vəhdət və gürcü cəmiyyəti ilə bütövləşmə yolu və astanasındayıq. Bu, Qafqazda proseslərə yeni sağlam baxış fəlsəfəsini gündəmə gətirməklə, ümummilli problemlərimizin həllində hər iki xalqın vahid güc mərkəzinə çevrilməsinə səbəb olacaq. Bu da bütövlükdə Qafqazın xilas modelidir. “Borçalı” Cəmiyyəti olaraq bu günə qədər gördüyümüz işləri həm də Azərbaycanda Gürcüstan diasporunun fəaliyyəti səviyyəsində olduğu qənaətindəyik.  Hesab edirik ki, diaspor siyasəti etnik kimlik sərhədini aşmalı, dövlətçilik prinsipləri önə keçməlidir”.

Z.Məmmədli “Borçalı” Cəmiyyətinin Gürcüstan diasporunun Azərbaycandakı təmsilçisi kimi tanınması istəyi ilə Gürcüstan siyasi hakimiyyətinə məktub ünvanlandığını söyləyib. Eyni zamanda bildirib ki, Azərbaycan siyasi hakimiyyəti tərəfindən Gürcüstan azərbaycanlılarının icma təmsilçisi kimi “Borçalı” Cəmiyyətinin tanınması məsələsi də qaldırılıb. Bununla bağlı Prezident İlham Əliyevə Cəmiyyət adından müraciət ünvanlanıb: “Biz inanırıq ki, hər iki dövlətin rəsmi qurumları bu sağlam düşüncəmizin həyata vəsiqə qazanmasında bizlərə yardımçı olacaqlar. Ümidvarıq ki, Azərbaycan və Gürcüstan hökumətləri dövlət mənafelərimizi əsas tutaraq 6-cı “Elat” bayramının yüksək səviyyədə keçirilməsinə ciddi dəstək verəcəklər. Aydınlarımız bütün tədbirlərimizin əsas yönəldici və zənginləşdirici qüvvəsi olub. Arzu edir və inanırıq ki, onlar bu mötəbər tədbirdə də öz zəkaları və mənəvi dəstəkləri ilə “Elat” bayramının yüksək səviyyədə keçirilməsinə dəstək verəcəklər, KİV nümayəndələrinin, aydınların,  gənclərimizin,  mədəniyyət işçilərinin, diasporun, türk dünyasının  birgə iştirakı ilə Gürcüstanda (Dmanisi) hamımızın ürəyincə olan, millətimizin birliyinə aparan yeni bir tarix yazılacaq. Biz siyasi mövqeyindən və vəzifəsindən asılı olmayaraq, könlündə millət, dövlət, dəyərlər sevgisi olan hər kəsi bu mötəbər törəndə iştiraka, bayramı daha da şərəfləndirməyə dəvət edirik”.

Tədbirin sonunda bir qrup jurnalistə “Borçalı” Cəmiyyətinin dostu” mükafatı təqdim olunub.

 

 






25 İyul, 2014  16:43 Baxılıb: 716 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner