Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gürcüstandakı həmyerlilərimiz bayarama hazırlaşır

“Avqustun 3-də Gürcüstanın Borçalı ərazisindəki Dmanisi rayonunun Armudlu kəndində VI Elat bayramını keçirəcəyik”. Simsar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Elat bayramı” ilə bağlı keçirilən mətbuat konfransında deyib. Z. Məmmədli bu il Ramazan bayramına düşdüyü üçün ilk dəfə olaraq “Elat” bayarmının vaxtını dəyişdirərək  avqustun 3-ünə saldıqlarını bildirib. “Törənin Dmanisi rayonunun Armudlu kəndində təşkil edilməsi nəzərdə tutulur. Bununla bağlı türk dünyasının hər tərəfindən türklərin Gürcüstana axışması gözlənilir. Bu bayramın əsas xüsusiyyəti Azərbaycan türk mədəniyyətinin Gürcüstan cəmiyyətinə tanıdılması, Ümumqafqaz Elat mədəniyyətinin dərki və təbliğidir.

Zəlimxan Məmmədli bildirib ki, təmsil olunduğu Cəmiyyət nə qədər saf bə pak niyyətlə xidmət göstrəsə də, quruma qarşı şantaja qədər əl atanlar olub. Amma bütün bunlara baxmayaraq, istər Gürcüstan, istər Azərbaycan tərəfdə əksər qüvvələr “Elat” bayramına münasibətdə vahid mövqe ifadə ediblər. Gürcüstan və Azərbaycann Qafqazda vahid güc mərkəzinə çevirlməsi həm də nəticə etibarilə Qafqazın xilası modeli kimi dəyərləndirilib.

Qurum rəhbəri Zəlimxan Məmmədli “Borçalı” cəmiyyətinin Azərbaycanda Gürcüstan diasporunun təmsilçisi kimi qeydə alınması üçün rəsmi Tbilisiyə məktubla müraciət etdiyini bildirib. “Biz məram və xoş məqsədimizi ortaya qoyduq, bundan sonrası sizlərə aiddir”, - deyə Z.Məmmədli qeyd edib.

Elmar Hüseynov







25 İyul, 2014  16:27 Baxılıb: 694 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner