Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Naxçıvanlı gəncin köməyə ehtiyacı var - FOTOLAR

“Ölüm ayağında olan 17 yaşlı gəncin köməyə ehtiyacı var. O, ağrıdan, əzablardan qurtulmaq üçün hər gün dua edir. Hər dəfə qapı açılanda ümidlə baxır, bəlkə onu da yada salıb, kömək edən oldu. Bizim son ümid yerimiz yenə sizlərsiniz. Tural sağalacağı günü gözləyir”.

Bunu ağır böyrək xəstəsi olan Tural Əsgərovun babası Fəxrəddin Qurbanov deyib. Baba deyir ki, nəvəsi 11 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir: “Turalın 17 yaşı var. Yaşıdları məktəbdən, gəzintidən qayıdarkən Tural pəncərədən izləyib. Artıq son bir neçə aydır ki, böyrəklər tamamilə fəaliyyətdən dayanıb, ayaqlarına su yığılıb. Bir ayağı partlayıb. Dərisi soyulur. Dərmanlarla müalicə edirik, az da olsa qarşısını almağa çalışırıq. Təcili şəkildə əməliyyat olunmasına ehtiyac var”.

Turalın atası bir neçə ilə əvvəl dünyasını dəyişib. Həyat yoldaşının ölümü, oğlunun xəstəliyi anasının sağlamlığına ciddi şəkildə təsir edib. Tural Əsgərovun anası hazırda psixiloji problemləri var. İndi Naxçıvanda yaşayan Turala xalaları və babası baxır.

Baba Fəxrəddin Qurbanov nəvəsinə kömək edilməsi üçün Naxçıvandan Bakıya üz tutub. Turalın diaqnozuna baxan bütün həkimlərin son rəyi eyni olub, vəsait toplayıb böyrəyini dəyişmək lazımdır. Ailənin isə əməliyyatı qarşılamaq üçün lazım olan vəsaiti ödəməyə imkanı yoxdur.

Vəziyyəti gün keçdikcə ağırlaşan 17 yaşlı gəncin həyatı imkanlı və xeyirxah şəxslərin əlindədir.

Turalın müalicəsi ücün köməklik etmək istəyənlər aşağıdakı hesab nomrəsini xatırladırıq.

HESAB NÖMRƏSİ: AZ18IBAZ33801019443753683262

ƏSGƏROV TURAL VAQİF oğlu

Əlaqə tel: (036) 545 75 68 (ev)

Fəxrəddin Qurbanov: 070 388 11 90; 055 388 11 90









25 İyul, 2014  16:19 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner