Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Həmasdan intifada çağırışı

Həmas, İordan çayının Qərb sahilindəki fələstinlilərə Qəzzada zəfər üçün müraciət edib.

Fələstin xalqı, İsrailin 17 gündür davam edən Qəzza qətliamına qarşı küçələrə çıxıb. Məscid-i Aksa, Ramallah, İordan Çayının Qərb Sahilində, Kalandiya bölgəsində 10 minlərlə insan Qəzzaya doğru kütləvi yürüşə başlayıb. Bu yürüşü “3-cü İntifada” adlandıranlar da var. Yürüşlərə mane olmaq istəyə Israil əsgərlərinin açdıqları atəş 2 fələstinlini öldürüb.

Hazırda İsrail polisi ilə qətliam əlehinə mülki dirənişə başlayan fələstinlilər arasında böyük qarşıdurma yaşanır.

“Üçüncü İntifada”

Fələstinlilərin bu dirənişi sosial mediada, “3-cü İntifada” kimi qələmə verilsə də, Fələstin hökuməti və Həmasdan bununla bağlı heç bir açıqlama gəlməyib.

İsrailin divarını yıxırlar

Fələstinli gənclər İsrailin fələstinliləri Qüds bölgəsindən uzaq tutmaq üçün inşa etdikləri, Qüds ilə Abu Dees bölgəsini bir-birindən ayıran divarı uçururlar.

250 yaralı var

Fələstin Səhiyyə Nazirliyi təmsilçisi Osama Neccar, yürüş iştirakçılarına qarşı, qaz, plastik mərmiylə yanaşı, gerçək mərmi də işlədildiyini deyib: “Kalandiyədən, yalnız gerçək mərmiylə vurulan 250 yaralı gəlib xəstəxanamıza. Qaz bombası və plastik mərmiylə yaralananlara hadisə yerində yardım etdik. Yaralılar baş, ürək, və boyun kimi həsas yerlərindən vurulublar. Bəllidir ki, əsl məqsəd öldürmək olub. Xəstəxanamıza hər dəqiqədə bir yaralı  gətirilir”.

Həmasdan tarixi çağırış

Həmas, İordan çayının Qərb sahilindəki fələstinliləri, Qəzzada zəfər üçün “Kütləvi intifada”-ya çağırıb.

Həmas təmsilçisi Fevzi Berhum tərəfindən verilən yazılı açıqlamada bildirilir ki, “Qərb sahilindəki xalqımızı, Qəzzada həqiqi, real bir zəfər əldə etmək üçün kütləvi bir intifadaya və düşmən İsraillə layiqincə vuruşmağa çağırıram”

Vüsal Qarayev







25 İyul, 2014  15:23 Baxılıb: 687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner