Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fərəc Kərimli məsələsi ATƏT səviyyəsinə çıxarılır

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu (ADİHİ) ATƏT-in Varşava toplantısında Fərəc Kərimlinin həbsi məsələsini qaldıracaq

ADİHİ –dən Simsar.az-a daxil olan məlumata görə, ictimai-siyasi fəal gənclərin narkotik ittihamı ilə həbs edilməsi arzuolunmaz bir ənənəyə çevrilib və bu, cəmiyyətdə hüquq-mühafizə orqanlarına etimadı azaldır. İyulun 17-də Fərəc Kərimlinin qardaşı Sirac Kərimlinin iş yerində həbs edilməsi və ona məxsus fərdi kompüterin polis əməkdaşları tərəfindən müsadirə edilməsi narahatçılıq doğurur və bu həbslərin Fərəc və Sirac Kərimli qardaşlarının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğu qənaətini ortaya qoyur.

ADİHİ olaraq, müsavatçı gənc fəal Fərəc Kərimlinin həbsini diqqətdə saxlayırıq və 22 Sentyabr tarixində Varşava şəhərində keçiriləcək ATƏT-in beynəlxalq toplantısında avropalı diplomatları bu barədə məlumatlandıracağıq.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq bildiririk ki, Azərbaycanın beynəlxalq imicini aşağı salan bu kimi halların ədalətli araşdırılması üçün Azərbaycan hakimiyyətinə müraciət edir və ictimai-siyasi fəal gənclərə qarşı bu cür hərəkətlərin dayandırılmasını istəyirik.

Bildirək ki, iyul ayının 23-də Müsavat Gənclər Təşkilatının MTK-nın sədri Fərəc Kərimli polis əməkdaşları tərəfindən həbs olunub. Fərəc Kərimlinin üzərindən narkotik maddə aşkar olunduğu iddia edilir.

Hüseyn İbadlı

 






25 İyul, 2014  15:01 Baxılıb: 1685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner