Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Qadınlara qarşı zorakalığa YOX deyək!”

Rəsm və foto sərginin qalibləri elan olundu

Rəqəmsal İnkişaf İB-yi Global Fund for Women fondunun mailyyə dəstəyi ilə “Qadınlara qarşı zorakalığa YOX deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan müsabiqənin qalibləri elan olunub. İctimai Birliyin ofisində təşkil olunan foto və rəsm sərgisində onlarla əl işi nümayiş etdirilib.  

Sərgini giriş sözü ilə açan Rəqəmsal İnkişaf İB-nin rəhbəri Könül xanım Ağayeva bildirib ki müsabiqəyə qatılan gənclər bir-birindən gözəl foto və rəsm əsərlər təqdim ediblər.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Türkiyənin SESAN Rəssamlar İttifaqının üzvü Çingiz Mehbaliyevin köməyi ilə müsabiqənin 1-ci, 2-ci və 3-cü yerlərinin qalibləri seçilərək onlara diplom və mükafatlar verilib.

1-ci yer- Günel Abdullayevanın yaglı boya ilə çəkdiyi "Başsız qadınlar" rəsmi
cəmiyyətdə qadınların çıxılmaz vəziyyətə düşdüyünü anladır. Qara rəngli çərçivə, qadağandır əmrini və etirazı ehtiva edən qırmızı boyalarla çəkilmiş bu rəsm münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilib.
 
2-ci yer- əlində göyərçin tutmuş xanımın fotosu. “Biz sülh istəyirik”
Bu fotodakı qadın əlində ağ göyərçin tutmaqla qadınlara qarşı zorakılığa cavab olaraq sülh istəyini ifadə edib.
 
3-cü yer- Qızılgülü əzən, tapdalayan oğlan. “Qadınları əzməyin!”
Bu rəsmdə qadın təsviri yoxdur. Amma rəssamın özünəməxsusluğu odur ki, rəsmdə qadın təsviri olmadan da mövzunu çatdıra bilib. Bu rəsmdə qadın simvolu olaraq qızılgül təsvir olunub.

Ruslan






30 Mart, 2011  21:45 Baxılıb: 1344 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner