Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hafiz Hacıyev özünə MDB üzrə müşavir təyin etdi

Bu gün Muasir Musavat Partiyası İdarə Heyəti növbəti toplantısını keçirib.Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Gündəliyin partiyadaxili məsələlər bölümündə təşkilatlarda vəziyyət, təşkilatların gördüyü işlər haqqında Təşkilatı Məsələlər üzrə sədr müavini Fazil Yusubov məlumat verib .Görülən işlər və qərarlar müzakirə edilərək dəyərləndirilib, görüləcək işlərlə bağlı yenidən tapşırıqlar verilib.

Bu günkü toplantıya qatılan MMP-nin üzvü, hazırda Moskvada yaşayan Muradov Zakir Baxış oğluna səlahiyyət və vəzifə verilməsi məsələsi müzakirə edilib. İllərdir Muasir Musavat Partiyasının üzvü olan Muradov Zakir Baxış oğlunun MDB məkanında partiya üçün etdikləri dəyərləndirilib. Qərara alınıb ki, Zakir Muradova vəzifə və səlahiyyət verilsin ki, o, partiyanı daha yaxşı təmsil etsin və işlər görsün Qərar səsə qoyulub, səs çoxluğu ilə Muradov Zakir Baxış oğlu MMP-nin MDB üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, Muradov Zakir Baxış oğlu 1978-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib bu günə qədər Moskva və Sanpeterburq şəhərlərində müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.Ölkədaxili sabitliyin qorunması üçün partiya üzvlərinə xüsusi tapşırıq verilib. Sonda cari məsələlər müzakirə edilərək toplantı başa çatıb.







25 İyul, 2014  13:08 Baxılıb: 654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner