Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəddafi itirdiyi mövqeləri geri alır

Ras-Lanuf, Ben-Cavad, Marsa-əl-Breqa şəhərlərini geri qaytarıblar

Liviya lideri Müəmmər Qəddafi iki gün öncə itirdiyi şəhərləri geri alır. Simsar.az-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, Qəddafinin qoşunları Ras-Lanuf, Ben-Cavad, Marsa-əl-Breqa şəhərlərini geri qaytarıblar. 

Bundan əlavə, qiyamçıların Liviya liderinin doğma şəhəri olan Sirti ələ keçirdikləri barədə məlumatın yalan olduğu üzə çıxıb. Hökumət qoşunları qiyamçıların şəhərə girməsinin qarşısını alaraq, onları geri oturdublar.

Artıq martın 29-da Müəmmər Qəddafinin qoşunları əks-hücuma keçiblər. Bu zaman onlar hərbi manevrlərə əl ataraq qiyamçıları tora salıblar. Panika şəklində qaçan qiyamçılar koalisiya qüvvələrindən hava dəstəyi istəyiblər. Təyyarələrin gəlmədiyini görəndən sonra isə hərbi müdaxilənin təşəbbüskarı olan Fransa rezidentinə xitabən “Sən haradasan, Sarkozi?” deyə qışqırıblar.

Qeyd edək ki, agentliklər koalisiya qüvvələrinin aktivliyinin son 2 gün ərzində xeyli zəiflədiyini bildirirlər.






30 Mart, 2011  21:14 Baxılıb: 1206 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner