Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Morninqstarın fəaliyyəti ziqzaqlı oldu” – Fəzail Ağamalı

Bunu Simsar.az-a Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı diplomatik fəaliyyəti başa çatan ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın fəaliyyət dövrünü qiymətləndirərkən deyib.

Partiya sədri bildirib ki, o, ABŞ-ı Azərbaycanın dostu olaraq göstərməyə çalışıb. Bir çox hallarda bunu nümayiş etdirib. Bəzi hallarda, xüsusiylə fəaliyyətinin son aylarında olduqca ziddiyətli və kifayət qədər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək açıqlamalar verib. Bu, təbii ki, bir mənalı qarşılanmayıb. Birdən-birə o cür fikirlər səsləndirməsi Azərbaycan cəmiyyətində təəssüf hissi doğurub.

ABŞ-ın xarici siyasətinin dəyişməz olduğunu vurğulayan deputat qeyd edib ki, Azərbaycana kimi səfir təyin etməsindən aslı olmayaraq, ABŞ-ın otruşmuş xarici siyasəti var: “Xarici siyasətdə Qafqaz regionu, xüsusilə Azərbaycan önəmli yer tutur. Çox təəssüf edirəm ki, ABŞ bir çox hallarda Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirir. Xüsusi olaraq Dağlıq Qarabağ probleminin həllinə səy göstərən həmsədr ölkə olaraq bu günə kimi öz sözünü demir. Bunun iki səbəbi ola bilər; Bu ölkə ya Rusiyadan çəkinərək iradəsini ortaya qoya bilmir, ya da ABŞ xarici siyasəti erməni lobbisinin təsiri altına düşüb. Bütün dünyaya nümunə olan və fövqəl gücə sahib olan ölkə, ən azından özünün strateji maraqları üçün Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı Ermənistana sərt mövqey nümayiş etdirməməsi diplomatik fəaliyyətin vacib göstəricisidir. ABŞ-ın daşıyıcı kimi Azərbaycana təyin olunan səfirinin fəaliyyətinə bu kriteyalarla yanaşıram”.

Hüseyn İbadlı

 






25 İyul, 2014  11:10 Baxılıb: 729 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner