Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

TATLISƏS 2 HƏFTƏ SONRA EVƏ BURAXILACAQ

Müğənninin millət vəkili seçilmək şansı artır

Türkiyənin “Acıbadəm” xəstəxanasında iki həftə reanimasiyada saxlanan tanınmış müğənni İbrahim Tatlısəs palataya köçürüldükdən sonra kabab istəyib. Bu barədə ucankus.com saytı xəbər yayıb. Qeyd edək ki, reanimasiya şəraitində olarkən müğənni çiy köftə yemək istədiyini də demişdi. Həkimlər isə xəstəyə hələ ki, hər iki qidanın qəbulunu tövsiyə etmirlər. Lakin dünən müğənniyə dadsız və duzsuz pəhriz kababı verilib. Həkimlərin bildirdiyinə görə, Tatlısəs iki həftə müddətinə evə buraxıla bilər. 


Belə getsə, müğənni 3 ay sonra Türkiyədə keçiriləcək parlament seçkilərində millət vəkili olmaq şansını sınaya biləcək. Xatırladaq ki, İ.Tatlısəs artıq öz namizədliyini irəli sürmək üçün Ədalət və İnkişaf Partiyasına (AKP) müraciət edib. Türkiyə qanunlarına uyğun olaraq partiya onun namizədliyini dəstəkləsə Tatlısəs millət vəkilliyinə namizəd olacaq. Türkiyə mətbuatı yazır ki, İ.Tatlısəsin seçkilərdə uğur qazanmağı gözləniləndir. Üstəlik, müğənni Türkiyədə qazandığı nüfuzu vasitəsilə əlavə 30 deputatın seçilməsinə kömək edə bilər. Bu isə AKP-yə rəqib olan Barış və Demokrasi Partiyasından (BDP) seçiləcək millət vəkillərinin azalmasına öz təsirini göstərəcək. Tatlısəsin silahlı hücuma məruz qalmasında BDP-nin PKK ilə əlbir olması barədə ehtimal da, görünür, buradan qaynaqlanır.






30 Mart, 2011  20:44 Baxılıb: 1281 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner