Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türk-erməni dostluğunun simvolu sayılan abidə niyə sökülmür

Qars Bələdiyyəsi gözləyir

Türkiyənin Qars şəhərindəki türk-erməni dostluğunun simvolu sayılan abidənin sökülməsi ilə bağlı elan edilmiş tenderin nəticələri müvafiq işlə bağlı məhkəmə qərarı Qars Bələdiyyəsinə təqdim edildikdən sonra açıqlanacaq.

Bu barədə APA-ya Qars Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Özləm Öztürk bildirib. O, hazırda Ərzurum İnzibati Məhkəməsinin yazılı qərarını gözlədiklərini bildirib: “Bundan əvvəlki məhkəmə qərarı ilə abidənin sökülməsi müvəqqəti dayandırılmışdı. Ərzurum İnzibati Məhkəməsi isə həmin qərarı ləğv edib. İndi həmin qərarın bizə yazılı şəkildə verilməsini gözləyirik. Bundan sonra isə abidənin sökülməsi ilə bağlı tenderin nəticələri açıqlanacaq və abidə söküləcək”.

Xatırladaq ki, abidənin müəllifi olan heykəltəraş Mehmet Aksoyun qaldırdığı iddia əsasında abidənin uçurulması məhkəmə qərarı ilə müvəqqəti dayandırılmışdı. Ərzurum İnzibati Məhkəməsi isə həmin qərarı ləğv edib.

Abidənin sökülməsi ilə bağlı qərarı Qars Bələdiyyəsinin Məclisi bu il fevralın 1-də qəbul edib. “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.






30 Mart, 2011  19:55 Baxılıb: 1283 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner