Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva ön cəbhədə kitab təqdimatı etdi

Qazaxda ön cəbhədə yerləşən hərbi hissədə Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib. Mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva ön cəbhədə, hərbi hissələrdə keçirilən bu cür  tədbirlərin onun üçün daha böyük məna daşıdığını deyib. “Ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”

O, əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparıb. Sonra millət vəkili əsgər və hərbiçilər üçün kitablarını imzalayıb.

O, inşallah yaxın günlərdə bu cür tədbirləri Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda, o cümlədən Qazaxımızın o gözəl kəndlərində də qeyd edə bilək deyib.  Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbərliyi müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını deyib. Millət vəkili, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hərbi hissəyə xüsusi hədiyyələrini də təqdim edib.

Simsar.az

 

 






24 İyul, 2014  09:22 Baxılıb: 646 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner