Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan rəqibinə "nankor" dedi

Türkiyə baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan əsas rəqibi Ekmeleddin İhsanoğluna nankor deyib.

Simsar.az-ın məlumatına görə, təbliğat mitinqində çıxış edən baş nazir müxalifəti kəskin tənqid edib: "CHP, MHP, bir də bu koalisiyada səsləri 1 faizə çatmayan status-kvo partiyalar var: Sosialist İşçi Partiyası, İnqilabçı Haqq Partiyası var. Vətəninə xəyanət edən Pensilvaniya təşkilatı. MHP-yə könül verən qardaşlarım bu Sosialist İşçi Partiyası və İnqilabçı Xalq Partiyası ilə Baxçəli koalisiya qurdu. İnanıram ki, MHP-li qardaşlarım bu koalisiyaya "bəli" deməyəcək. Bu, öz tarixini inkar etmək olar. CHP-yə dəstək verən qardaşlarım da bu koalisiyaya dəstək verməyəcək".

Daha sonra Dövlət Baxçəlinin onun barəsində dediklərinə cavab verən baş nazir bunları bildirib:

"MHP başqanı mənim üçün "Sən Çankaya yoxuşunu çıxa bilməzsən. Yolun yarısında yorulursan, nəfəsin tükənər, prezidentlik sənin üçün xəyaldır, yuxudur" sözlərini deyib. İndi mən Baxçəlidən soruşuram: "Haralardasan. Harada olduğunu bilən, eşidən varmı? Onsuz da meydana çıxsa belə Sivasın kənarına gedə bilməz. Prezident seçkisində dizləri titrədi, nəfəsi tükəndi və meydandan getdi. Niyə, bilirsinizmi? Millətin qarşısına çıxacaq üzü yoxdur".

Əsas rəqibi Ekmeleddin İhsanoğlunu yalan damışmaqda ittiham edən Ərdoğan onu aşağılayıb:

"Ekmel biz sənin nə olduğunu çox yaxşı bilirik. 8 il vəzifədə qaldın. Amma 8 illik vəzifəsində sanki bir kukla idin. Və heç bir zaman ürəkli bir çıxışı olmadı, ola bilməz. Qəzza, Fələstin, Həmas, Əl Fəth bizi yaxşı bilir. Bizim onlarla olan məhəbbətimizi bilməyə Ekmel bəyin nə gücü, nə də düşüncə dünyası yetər. Qəzzaya getdim, deyir. Sən İslam Əməkdaşlıq Təşkilatının baş katibi idin. Ora getmək sənin vəzifə borcundur. Mən də xarici işlər nazirimizi və oğlumu Qəzzaya göndərdim. Hər zaman Qəzzanın yanında olduq.

Türkiyə İsrailə reaktiv yanacaq verir, dedilər. Tamamilə yalan, tamamilə böhtan. Bu yalanı İsrailin Qəzzadakı qırğınını pərdələmək üçün etdilər. Biz reaktiv yanacaq ixrac etmirik. Bunu hər kəs bilir. Bir də İsrailin Türkiyənin radarlarına ehtiyacı yoxdur. İsraildə daha müasir radarlar istifadə olunur. Biz ona bir əmanət verdik, o da əmanətə xəyanət etdi. İndi çıxıb nankorluq edirsən. Türkiyə Qəzza üçün bir şey etmədi, deyirsən. Qəzzada, Fələstində ən çox sərmayə qoyan ölkə Türkiyədir. Türkiyə Qəzzada "yox" deyir. TİKA hazırda oradadır. Və təlimat verdim, yaralıları daşımağa başlayacağıq".






23 İyul, 2014  22:16 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner